Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.06 $▲0.69%
  • WTI neft86.44 $▲0.90%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.294 $▲2.52%
  • Qızıl4 041 $▼2.05%
  • Gümüş51.53 $▼3.22%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 837 $▼1.89%
  • Ethereum2 056 $▼3.56%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

image-trial-in-the-courtroom-of-the-russian-federation
trial in the courtroom of the Russian Federation
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda üç qurumun istintaq orqanının birləşdiriləcəyi planlaşdırılır.

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət Fövqəladə Hallar Nazirliyi, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi nəzdində fəaliyyət göstərən istintaq idarələrindən gedir.

Əsasən büdcənin maliyyə siyasətini həyata keçirən qurumların istintaq strukturlarının birləşdirilərək xarici təcrübədə olduğu kimi vahid istintaq idarəsinin yaradılacağı gözlənilir. Yeni qurumun Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin nəzdində fəaliyyət göstərməsi nəzərdə tutulur.

Bu birləşmənin əsas məqsədi istintaq proseslərində paralelliyi və təkrarlanmaları aradan qaldırmaq, resurslardan daha səmərəli istifadəni təmin etməkdir. Yenilik eyni zamanda, maliyyə və iqtisadi cinayətlərin araşdırılmasında vahid yanaşma tətbiq edərək operativlik və koordinasiyanı gücləndirəcək. Birləşmiş istintaq qurumuna da Baş Prokurorluq nəzarət edəcək.

Hazırda birgə strukturun fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparıldığı bildirilir.

Məlumat üçün deyək ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi də yeni yaradılıb, ötən gün rəis təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin nəzdindəki istintaq idarələri isə əvvəlki kimi ayrıca fəaliyyətini davam etdirəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=181608