Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşdı

image-1703222425_403779903_0_0_2439_1372_1920x0_80_0_0_a3800ae5ebd37395c854f73cd56aee26backend

“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.

Busaat.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 1,60 % azalaraq 83,98 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90