Azərbaycan Respublikasının Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında sazişin bağlanılması

image-downloadbackend

2014-cü ilin iyun ayının 14-də Bakı şəhərində imzalanmış, Azərbaycan Respyblikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının ittifaq proqramları çərçivəsində anlaşma memorondumu imzalanmışdır.

Hətta Azərbaycan Republikası 1991-ci ildə dövlət müstəqilliyinin bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi baxımından inkişaf etmişdir. Bura daxildir; infrastrukturun inkişafı, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması və. s. Aİ üçün cəlbedici faktorlar təbiki, Azərbaycanın regionda mövqeyi, tranzit, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə Avrasiyanın nəqliyyat qovşağı rolunu oynamasıdır. “Tərəfdaşlıq və Əməkdaşlıq” haqqında saziş 1 iyul 1996-cı ilədə Lüksemburq şəhərində imzalanmış, 1999-cu ildə qüvvəyə minmişdir. Bu saziş siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. Sazişin müddəti 2009-cu ildən bitməsinə baxmayaraq, onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.

Aİ 1998-ci ildə Azərbaycana xüsusi elçi təyin etmişdir. 2000-ci ildə isə, Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilmişdir. 2003-cü ilin iyul ayında isə Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyi təsis edilmişdir. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq siyasətinə, 2009-cu ildə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilmişdir. Aİ ilə əməkdaşlıq enerji sahəsində də davam etdirilir. Öncə neft hasilatı sonra isə qaz hasilatı baş verdi. Xəzər dənizini Aralıq və Qara dənizləri ilə birləşdirən neft kəmərləri çəkildi. 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini təhcizat etməyə başladı və yolla Azərbaycanın təbii qazını Avropa qitəsinə çatdırırlar.

Demək olarki, Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir.

Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş torpaqlarında Güləş və Külək enerjisinin ptensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin gücü 157 qeqavata bərabərdir.

Gələn illər ərzində istifadəyə veriləcək hətta yeni qaz yataqlarıda var. Ümumiyyətlə Azərbaycanla Avropa İttifaqının münasibətlərinin böyük gələcəyi var. Hətta bir neçə il öncə Prezident İlham Əliyev 2009-cu illərdə Belçika Krallığına işgüzar səfərdə etmişdir. Avropa İttifaqının rəhbərləri ilə görüşləri zamanı 2010-cu ildə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya səfəri, 2011-ci il yanvarın 13-də Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Brüsseldə “Cənubi qaz dəhlizi haqqında Birgə Bəyannamə”ni imzalamaları bir daha təsdiq etdi ki, Azərbaycanla Avropa İttifaqının əlaqələri Avropa Qonşuluq siyasəti çərçivəsində uğurla inkişaf edir və bu əməkdaşlıq “Şərq Tərəfdaşlığı” təşəbbüsünün reallaşması ilə yeni mərhələyə daxil olmuşdur. 2011-ci il sentyabrın 30-da Polşanın paytaxtı Varşavada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir. Sammitdə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitində birgə bəyannamə qəbul edilmişdir. Ümumiyyətlə Avropa İttifaqı ilə əlaqələr xalqımızın gələcək rifahı naminə təkan verir.

YAP-ın üzvü

Abbasova Pərvanə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90