Azərbaycan və Rusiya Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsini müzakirə edirlər

image-azerbaycan-rusiyabackend

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə Rusiyadan Azərbaycana neftin əks tədarükü üçün Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

“Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov ilə görüşdə iki ölkə arasında neft-qaz, elektrik enerjisi və nüvə energetikası sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri qaldırılıb. Rusiya neftinin Azərbaycana əks tədarükü üçün Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsinin mümkünlüyü gündəmdədir”, – mətbuat xidməti bildirib.

Tərəflər idxalı əvəzləmə siyasəti çərçivəsində Azərbaycan və Rusiya şirkətləri arasında texnologiya əməkdaşlığının qurulması perspektivlərini də müzakirə ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki