Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

image-xinbackend

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib. 

Busaat.az  xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter hesabında paylaşım edilib.

“Qardaş Türkiyənin Qaziantep vilayətinin Qarqamış şəhərində məktəb də daxil mülki əhalinin yaşadığı ərazilərə xain raket hücumu nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq!”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, PKK/YPG terror qruplaşması Suriyanın şimalından Qarqamış şəhərinə 5 raket atıb. Hadisə nəticəsində 2 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90