Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var

image-1710591678__109771889_a5f02e7b-a10e-4725-baf5-9b8f2e4db379backend

Zaqatalada faciəli hadisə baş verib.

Busaat.az lent.az-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində qeydə alınıb.

Rayonun Muxax kənd sakini, 18 yaşlı Məhəmməd Kamal oğlu Ömərov ərazidən qumbara tapıb.

M. Ömərov tapdığı qumbara ilə ehtiyatsız davrandığından əlində partlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, martın 16-da saat 14:30-da Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki