Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanıldı
Bu gündən Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılıb.
Busaat.az xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, peyvənd olunmaq istəyən jurnalistlərin siyahısı TƏBİB-ə təqdim olunacaq.
Bundan sonra media işçiləri növbəli şəkildə peyvənd olunacaq.





