Azərbaycanın dövlət qurumlarına kibertəhdidlər 21 % azalıb

image-d244b70a-8432-34f2-8de6-fb5bc273f37b_850backend

Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 252 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Busaat.az xəbər verir ki, “Report”un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 21 % azdır.

Kibertəhdidlərin 143-ü daxili araşdırma, 109-u isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 259,925 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 230 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 56 min 792 zərərverici tərkibli elektron sənəd blok edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki