Azərbaycanın nümayəndə heyəti Həştərxandadır

image-medianin-inkisafi-agentliyibackend

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Həştərxanda səfərdədir.

Busaat.az-ın məlumatına görə, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşdə ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Qeyd olunub ki, Həştərxan vilayəti ilə Azərbaycan arasında uzun illərdir dostluq münasibətləri mövcuddur, məsələn, regionda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi geniş qeyd olunub, humanitar əlaqələr fəal inkişaf edir, ticari-iqtisadi əməkdaşlıq qurulur, gənclər siyasəti sahəsinə xüsusi diqqət yetirilir.

Həştərxan vilayətinin qubernatoru mehriban qonşuluq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu deyib. Əhməd İsmayılov da öz növbəsində qubernatora təşəkkür edib və media nümayəndələrinin bundan sonra da sıx əməkdaşlıq edəcəyinə əminliyini bildirib.

“Azərbaycanda cəmiyyətimiz rusdilli mediaya maraq göstərir. Bundan əlavə, bütün xəbər agentliklərinin rusdilli versiyası var, biz orada Həştərxan vilayəti ilə bağlı materiallar da dərc edirik”, – Ə.İsmayılov fikrini yekunlaşdırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90