“Azərbaycanın Respublikasının qətiyyətli mövqeyi və  Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması…”

image-lacinbackend

“Azərbaycanın Respublikasının 2020-ci ilin 10 noyabrında zəfərlə başa vurduqu 44 günlük müharibədən sonra əldə etdiyi növbəti tarixi nailiyyət,  Laçın-Xankəndi yolunda (Həkəri çayı üzərində) nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu prezident İlham Əliyevin 2-ci Qarabaq müharibəsindən sonra yürütdüyü ardıcıl və məqsədyönlü siyasətin nəticəsi idi. Beləki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq 2023-cü il Aprelin 23-də saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidməti ölkənin “suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu” bəyan etdi və bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verildi. Çünki Azərbaycan beynəlxalq hüquqla tanınmış sərhədləri çərçivəsində bütün tədbirləri həyata keçirmək, o cümlədən öz ərazisində Azərbaycan-Ermənistan sərhədində istənilən tədbirləri sərhəd perimetri boyu həyata keçirmək hüququna malikdir.

Lakin:Ermənistan və Rusiya bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirsədə Azərbaycan bunun öz suveren və legitim hüququ olduğunu bildirdi. Azərbaycanın bu qətiyyətli iradə ifadəsi ilə bərabər beynəlxalq və milli hüququn təntənəsi hesab olunmalıdır. İlk növbədə ona görə ki, qanunvericiliklə dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur  “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun 12-ci maddəsinə əsasən şəxslər, nəqliyyat vasitələri, yüklər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılırlar. Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası aparılmasa, sərhədlər hələ ki, şərti xarakter daşısa da, 10 noyabr bəyanatına uyğun olaraq Laçın-Xankəndi yolu humanitar məqsədlərlə açıqdır. Lakin təəssüf ki, həmin yoldan Üçtərəfli bəyanatda müəyyən edilən məqsədlərdən kənar formada, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri tərəfindən hərbi məqsədlər üçün istifadə edilir, Eyni zamanda Azərbaycanın Qarabağda təbii sərvətlərinin talanması və Laçın yolu ilə Ermənistana daşınması halları baş verirdi. Xüsusilə, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqları qanunsuz istismar olunur, Qarabağdakı Rusiya sülhməramlılarının gözü qarşısında Azərbaycanın təbii sərvəti talanaraq Ermənistana, oradan da xaricə daşınırdı.

Azərbaycan Respublikası Rusiya sülhməramlıları ilə danışıqlar nəticəsində adıçəkilən yataqlara baxış keçirilməsi və monitorinq aparılması razılaşdırılsa da, Ermənistan buna etiraz etdi.Azərbaycanın sərvətlərinin talanmasına, ekologiyasına ağır zərbələr vurulmasına imkan verməmək üçün ekoloji fəallar 2022-ci il dekabrın 12-dən Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində 138 günlük fasiləsiz etiraz aksiyasına başladılar, bununla da ermənilərin qanunsuz əməllərinin qarşısına sədd çəkdilər.

Hələ 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar zamanı. İrəvan Laçın dəhlizinin 20 kilometr enində və Ermənistanın nəzarətində olmasını təkidlə istəyirdi. Lakin Ermənistanın bu yersiz tələbi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə rədd edildi və  Laçın dəhlizinin 5 kilometr müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayon mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəaların üçtərəfli bəyanatda əksini tapmasına nail oldu. Bəyanatın 6-cı maddəsinə görə Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Elə məhz bu bəndin icrası həmçinin belə bir nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını zəruri edirdi. Belə bir nəzarət-buraxılış məntəqəsi hər iki istiqamətdə hərəkəti nəinki məhdudlaşdırmır, əksinə onu təhlükəsiz edir.

Beləliklə, 6-cı maddəyə görə Laçın dəhlizi müvəqqəti olaraq Rusiya sülhməramlıları kontingentinin nəzarəti altında qalsa da, bu maddənin sonuncu bəndi ilə Laçın dəhlizindəki təhlükəsizlik zəmanəti Azərbaycan üzərindədir ki, bu da indi quraşdırılmış nəzarət-buraxılış məntəqəsi vasitəsi ilə həyata keçirilir. Bəyanatın 9-cu maddəsinə görə Ermənistan da Azərbaycanın qərb rayonları ilə  Naxçıvan arasında maneəsiz hərəkəti yaratmalı və təhlükəsizliyinə zəmanət verməlidir. Bəyanatın 4-cü maddəsinə görə isə erməni silahlı qüvvələrinin  Qarabağdan çıxarılması təmin edilməli idi ki, bu da hələ tam həyata keçirilmir. Ona görə də Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsini bu mərhələdə yaratması 10 noyabr Bəyanatının bütün müddəalarının icrasını sürətləndirir..

Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması bölgədə sülhə, əmin-amanlığa xidmət edən ən vacib amil kimi qiymətləndirmək lazımdır. Bu Azərbaycan Respublikasının tarixi torpaqlarıdır və beynəlxalq hüquq normalarına tam uyğundur”.

 

H.Anar.

159№-li tam orta məktəbin müəllimi.Doktorant.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki