Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft100.81 $▼2.62%
  • WTI neft93.55 $▼2.35%
  • Avropa qazı (TTF)88.17 €▼4.24%
  • Təbii qaz (ABŞ)2.908 $▲1.29%
  • Qızıl4 053 $▲2.18%
  • Gümüş52.05 $▲4.18%
  • Pambıq78.15 ¢▲1.11%
  • Buğda601.00 ¢▲1.31%
  • Bitcoin78 315 $▲1.27%
  • Ethereum2 317 $▲1.98%
  • S&P 5007 569▲0.35%
19°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Turizm

Azərbaycanın turizm imkanları İsraildə nümayiş etdirilir

image-741c8abc-815d-4d6f-b4fb-8bd7ae78d8a6
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın turizm imkanları Azərbaycan Turizm Bürosu (ATB) və “Azərbaycan Hava Yolları” (AZAL) QSC daxil olmaqla, ümumilikdə 10 yerli tərəfdaşla birgə 7-8 may tarixlərində Təl-Əvivdə keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM 2025) sərgisində nümayiş etdirilir.

Sərgidə dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi və digər mövcud turizm məhsulları haqqında ətraflı məlumat təqdim olunur.

Həmçinin stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.

Bundan əlavə, 5-6 may tarixlərində İsrailin Hayfa və Təl-Əviv şəhərlərində silsilə təbliğat tədbirləri təşkil edilib.
B2B formatlı görüşlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB), “Azərbaycan Hava Yolları” (AZAL) QSC, “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 12 yerli tərəfdaş təmsil edib.

Təbliğat tədbirləri çərçivəsində Hayfada 40, Təl-Əvivdə isə 65 yerli turizm nümayəndəsi ilə görüşlər keçirilib, təqdimatlar, media brifinqi, eləcə də şəbəkələşmə tədbiri təşkil olunub.

Təl-Əvivdə keçirilən tədbirdə Azərbaycan Respublikasının İsrail Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov və İsrail Turizm nazirinin müşaviri Peleg Levi iştirak edib.

image-605f0460-6a2a-4bf4-a8fb-a014b0d07f5f

image-6320e1fc-cc57-4648-aa6e-d0e8b36c8653 image-7662562d-e0c3-4168-a6bc-9e19f9f7fc49

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=162306