Azərbaycanla Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərirlər

image-unnamedbackend

Müstəqillik əldə etdikdən sonra Azərbaycanın suverenliyini ilk tanıyan dövlətlərdən biri kimi Türkiyə hər zaman ölkəmizi dəstəkləyib.

Çətin zamanlarda, təbii fəlakətlər zamanı bir-birinə köməkliklər göstərən bu iki ölkənin dostluğunu və əməkdaşlığını heç bir qüvvə poza bilməz. Hərçəınd ulu öndər Heydər Əliyevin əbədi ifadəsi kimi dilimizdə əzbər olan, bir millət, iki dövlətin dostluğunu, əməkdaşlığını istəməyən qüvvələr çoxdur.

Lakin dövlətlərimizin rəhbərləri, cənab Tayyib Ərdoğan və cənab prezidentimiz İlham Əliyevin dostluğu sarsılmazdır. Hər zaman Azərbaycana dəstək olan Türkiyə dövləti, xalqı, rəhbərləri bu ilin iyul ayında yurdumuzun sərhəd bölgəsində düşmənin törətdiyi növbəti hücum zamanı da xüsusi diqqət göstərdi. Ermənistana işğal altında olan yurd yerlərimizdən çıxmaq və atəşkəsə əməl etmək kimi sərt bəyanatlar göndərən Türkiyə Azərbaycanın yanında olduğunu bir daha dünyaya bəyan etdi. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib; Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib. Prezident İlham Əliyev: Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Bu gün çox haqlı olaraq ölkələrimiz və xalqlarımız arasında olan münasibətlər dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi dəyərləndirilir.

Son dövrlərdə baş verən olaylar – ötən il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın böyük Zəfərlə yekunlaşdırdığı 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə ölkəmizin postmüharibə mərhələsində start verdiyi bərpa işləri, tarixi Şuşa Bəyannaməsinin imzalanması, həmçinin Türkiyənin ayrı-ayrı bölgələrində baş verən yanğınların qarşısının alınması istiqamətində birgə fəaliyyət Azərbaycanla Türkiyənin bir-birinə necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya bir daha göstərdi. Azərbaycanla Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərirlər. Dəyərli heyət üzvləri, Türk Dövlətləri Təşkilatımıza verdiyim böyük önəm sizə məlumdur. Növbəti fövqəladə Zirvə toplantımızı, inşallah, Şuşada keçirəcəyik. Şimali Kipr Türk Cümhuriyyətinin Zirvə toplantısının tədbirlərinə qatılması məsələsində Azərbaycanın göstərdiyi həssaslığa və dəstəyə görə təşəkkür edirəm. Eyni həssaslığı təşkilatımızın digər üzvlərindən də gözləyirik. Təşkilatımız çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün ortaq səylərimizi davam etdirəcəyimizə inanıram. İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və D8 iqtisadi və ticarət sahəsindəki əməkdaşlığımızı taclandıran digər önəmli regional təşkilatlardır. Xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatının malik olduğu potensialdan daha çox istifadə edəcəyimizə inanıram. Ev sahibliyinizlə keçirilməsi nəzərdə tutulan növbəti Zirvə toplantısı ilə əlaqədar dəstəyimiz tamdır. Azərbaycanın D8-ə üzvlük müraciətini ən güclü şəkildə dəstəkləyirik. Bəzi tərəddüdləri olan Misir başda olmaqla, D8 üzvləri arasında bu istiqamətdə təşəbbüslər irəli sürdüm və irəli sürməkdə də davam edəcəyik. Bu düşüncələrlə çıxışımı bitirərkən hörmətli qardaşım Əliyevə və dəyərli heyətinə bu səfərə görə bir daha təşəkkür edirəm. Qarşıdakı dövrün Türkiyə və Azərbaycan üçün xeyirli olmasını Uca Rəbbimdən diləyirəm.

Görüşdə Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı xüsusilə qeyd olundu. İkitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulandı. Dövlətimizin başçısı bir daha 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyinin torpaqlarımızın azad edilməsində aparıcı rol oynadığını, Qarabağ dastanının yazılmasında mühüm amil olduğunu bildirdi. Görüş çərçivəsində beynəlxalq təşkilatlarda Azərbaycanla Türkiyə arasında əməkdaşlıq, ölkələrimizin bir-birini daim dəstəklədiyi vurğulandı. Prezident Rəcəb Tayyib Ərdoğan COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı iki ölkə arasında bu əsnada əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu, Azərbaycanın da birgə əməkdaşlığa hazır olduğunu qeyd etdi. Həmçinin ölkələrimizin birgə təşəbbüslərlə çıxış etmələrinin vacibliyi diqqətə çatdırıldı. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu və Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı da bu faktı vurğuladığını dedi. Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi bildirildi. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və iki ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərinin keçirilməsi məsələlərinə toxunuldu.

Quliyeva Arzu Nəsimi rayon Təhsil işçisi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki