Azərbaycanlı aktyorlar Rusiyanın “Pervıy kanal”ında yayımlanacaq “Yanıçar” adlı tarixi serialda rol alıblar.
Busaat.az xəbər verir ki, kazak Alyoxanın həyat tarixçəsindən bəhs edən ekran işində Xalq artisti Pərviz Məmmədrzayev, aktyorlar Kamran Ağabalayev, Sain Fərhad Fərmanlı və Tural Xəlili çəkiliblər.
Serialda baş rolları tanınmış rusiyalı aktyorlar İlya Malakov, Artur İvanov, İvan Bolilçiç, Vitali Kişenko, Vladimir Koşevoy, Arina Jarkova, Milena Raduloviç və digərləri canlandırıb.
Çəkilişlər Türkiyə və Rusiyada aparılıb. Ekran işinin rejissoru İvan Şurxovetski, prodüseri Yelena Deniseviçdir.
Serial yaxın günlərdə yayımlanacaq.