Bacısını əzab verməklə öldürməkdə ittiham edilən 56 yaşlı Azər Əfəndiyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Azər Əfəndiyev 58 yaşlı bacısı Məlahət Əfəndiyevanı köməksiz vəziyyətdə qəsdən öldürməkdə, ona əzab verməkdə və qəsdən sağlamlığına xüsusi amansızlıqla zərər verməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin yayında Binəqədi rayonu ərazisində baş verib.
İttihamda deyilir ki, A.Əfəndiyev bacısını yumruq və təpik zərbələri ilə döyüb, yanan siqareti bədənində söndürüb. Hadisə nəticəsində huşsuz vəziyyətə düşən zərərçəkmişin başı dəmir maneəyə dəyərək ölüb.