Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
18°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

Bakı-Tbilisi aviareysləri hava şəraitinə görə gecikmə ilə yerinə yetirilib

Buta Airways
Buta Airways

Ötən gündən etibarən Gürcüstanın paytaxtı Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-9237 və aviaşirkətin tərkibinə daxil olan “Buta Airways”in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb.

Busaat.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul