Bakı xanı general Sisianovu öldürəndən sonra şəhəri qoyub qaçıb?

image-fb_img_1738578331833backend
image-ad_qayo_720x110px

Əksər tarixçilər qeyd edirlər ki, Azərbaycanı işğal etməyə gələn rus ordusunun başında duran Pavel Sisianovu 1806-cı il fevralın 8-də Hüseynqulu xan öldürəndən sonra şəhəri başsız qoyub qaçıb. Bu barədə vaxtilə məndə yanlış mənbələrə güvənib yazmışam. Lakin yeni məlumatlar üzə çıxdıqca yanlışlığımı düzətlmək zamanı gəldiyini düşünürəm.

Xanın generalı öldürməsinə səbəb isə Sisianovun onun qarşısında diz çöküb açarları təhvil verməsini tələb etməsi olub. Qeyd edim ki, Xanın nümayəndələri qaladan çıxıb əlində gətirdiyi qala açarlarını və duz-çörəyi Sisianova təqdim etmək istəyirlər. General duz-çörəyi qəbul edir, açarları isə geri qaytararaq deyir:

– Mən istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən özü təqdim etsin.

Xan bunu eşidib generala yaxın gəlmək işarəsi verir və qalanın içindən çıxır və “diz çök” sözündən sonra onu ŞƏXSƏN güllələyir. Soyuq silahlarla işləməkdə mahir olan Hüseyn-Kuli xan uzun xəncəri çıxarıb generalın başını kəsdi. Artıq başı kəsilmiş cəsəd yerə yıxılır. Qoşa Qala qapıları yanında görüş zamanı, General Sisianov şəhərin açarlarını alanda Xanın yaxın adamlarından biri İbrahim-bəy tapançadan atəş açaraq generalı öldürməyib. Bunu birbaşa XAN-ın özü edib və düşmən yerə yıxılan zaman: “səndən Gəncənin də, Şamaxının da heyfini çıxdım.”-deyib

XAN ona generalın yazdığı “Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedəcəyəm və qoşunumla işğal etmədiyim hər şeyi yandıracağam; Mən sənin bölgənin torpağını sənin qanına bürüyəcəyəm və o, qırmızıya çevriləcək, amma sən dovşanlar kimi dərələrə girəcəksən və səni orda alacağam, qılıncdan olmasa, soyuqdan öləcəksən. .” məktubunda olan sözləri ona bağşlaya bilməzdi.

Onun meyiti Lal Qafaroğlu adlı xanın yaxın adamı tərəfindən yerindəcə doğranıb, əlləri və başı kəslir, bədənin doğram doğram elədi. Bakı xanı Hüseynqulu Sisianovun “Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedib hər şeyi yandıracağam…” sözlərinə belə cavab verdi.

Deyilənə görə, Sisianovun kəsilmiş başı sonradan necə oldusa, tapılmadı. Kimi dedi, Gəncəyə, Şamaxıya aparılıb, qapı-qapı gəzdirildi, kimi dedi, Avar xanı Əhməd xana sovqat göndərildi; kimi də dedi ki, qırx pud ağırlığında qızıla İran şahına satıldı …

Hüseynqulu xanın əmri ilə Sisianovun başsız cəsədi qələbə rəmzi kimi şəhər darvazasından azca aralıda, divarın dibində dəfn edilir. Qəbir demək olar ki, ayaq altında tapdaq olur.

Rus ordusunun generalın ölümündən sonra Hüseynqulu xan Bakını dərhal tərk etməyib. Şəhərin müdafiəsində durub, çünki ruslar general öləndən sonra çəkilib getmişdilər. Lakin sonradan general Bulqakovun yeni ordu ilə gəlməsindən sonra öz yaxın adamı Kazım bəyi onunla danışlqlar aparmağa göndərir. Beşbarmaq dağı yanında Kazım bəy generala Xan və ailəsinin bağışlanmayacağı təqdirdə şəhərdə hər kəsin son nəfəsinə qədər döyüşəcəyini deyir.

Bakıya yaxın olan Bulqakov yenidən hərbi əməliyyatlara başlamaq istəmədi. Bakı xanının rus qoşunlarından “təhlükəsizliyinə zəmanət” verdi. Vəziyyəti yaxşı bilən Bulqakov özünü təqdim edən fürsəti əldən verə bilmədi və hətta guya etimad əlaməti olaraq Borisoglebsk Dragoon Alayında polkovnik-leytenant rütbəsində xidmət edən oğlunu Kazım bəylə şəhərə göndərdi.

Xan sona qədər döyüşmək niyyətində olub,lakin rusların sayca çoxluğu onu şəhərin sakinlərini məhv edilməkdən qorumaq üçün tərk etməsinə səbəb olub.

Bakı xanı dəniz və quru tərəfdən hücuma məruz qaldığını görüm Bulqakovun onu aldatdığını başa düşdü və Bakının açarlarını Kazım bəy generala təqdim edən zamanı yeraltı yolla şəhərdən ailəsinin təhlükəsziliyi üçün Qaradağ ərazisinə, dəniz kənarına gedir və ordan da gəmi ilə Qacar dövlətinə köçür. Hüseynqulu xan yeraltı keçidin qapısı üzərinə bu sözləri yazmışdır:

“Sabahını düşünən insan heç vaxt igid ola bilməz”

Bakı işğal olunandan sonra müqavimətdə iştirak edən bəziləri sürgünə göndərilir. Generalın qərarına etiraz edən Xanın qohumlarınin bəziləriisə indi Qala qapıları meydanı adlanan (Xanlıq dövründə carçı meydanı asılır) asılır və güllələnir.

Xüsusilə Bakı xanı Hüseynqulu хan Təbrizə qaçan zaman Bakının açarlarını şəhərin açardarı, İçərişəhər məscidinin axundu Ağa Seyid Məhəmmədə verdiyi üçün onu şəhər meydanında böyük işgəncələrə məruz qoyurlar. Ruslar açarların harada olmağından xəbərdar olsa da, heç bir şeyə nail ola bilmir. Bu özbaşınalığa dözməyən rus əsgərləri şəhərin hörmətli şəхsi olan aхunda divan tutmaq üçün ona 100 çubuq vururlar. Aхund 87 çubuqdan sonra ölür. Bu çirkin niyyətlərindən doymayan ruslar axundun 12 yaş olan oğlu Mir Cəfəridə incitmək istəyirlər. Lakin camaat uşağı ələ verməyib, gizlədir.

Xan Ərdəbil şəhəri yaxınlığında, 8 həyat yoldaşı, 17 qızı və 5 oğlu ilə yaşayır. Burda rəhmətə gedir və Kərbəlada dəfn edilir..

MƏNBƏLƏR: 1) из воспоминаний о Цицианове генерал-майора Тучкова (С. А. Тучков. Записки. СПб., 1908 2) Лапин В. В. Цицианов. — М.: Молодая гвардия, 2011 3) Искендерова М.С. Бакинское ханство. Баку: Чашыоглы. 1999, 212 с 4) «Покоренный Кавказ: Очерки исторического прошлого и современного положения Кавказа». – Спб., 1904, с. 320 5) Материалы к истории Персидской войны 1826-1828. – В кн.: Кавказский
сборник, т. ХХУП. – Тифлис, 1908, с.

Zaur Əliyev

dosent

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki