Bakıda 22 il əvvəl baş verən dəhşətli hadisənin KADRLARI YAYILDI – Gəlin oynadığı yerdə… – VİDEO

image-1087716_0backend

22 il bundan əvvəl, 25 noyabrda axşam saatlarında Azərbaycanda baş vermiş zəlzələ əhali arasında şok effekti yaratmışdı. 

Busaat.az  xəbər verir ki, həmin qorxunc təbiət hadisəsinin üzərindən uzun illər keçsə də, o güclü zəlzələ ilə bağlı yeki kadrlar ortaya çıxıb.

Belə ki, Bakıda tanınmış məkanlardan birində toy məclisi zamanı zəlzələ bəy-gəlin başda olmaqla bütün qonaqlar tərəfindən açıq-aydın hiss olunub. Aparıcı Kamran Həsənlinin idarə etdiyi həmin toyun keçirildiyi məkanın silkələnməsi hər kəsi vahiməyə salır. Toy yarımçıq qalır, restoranı dərhal hər kəs tərk edir.

Qeyd edək ki, Azərbaycan tarixində bu hadisə son yüz ilin ən güclü zəlzələlərindən biri idi. Zəlzələ saat 21:30 radələrində Bakıda 6,8 bal gücündə hiss olunmuşdu. Təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə davam etmişdi.

Zəlzələ anında toydan sözügedən kadrları təqdim edirik:
Milli.Az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki