Dünən Bakıda qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları – 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu bıçaqlanaraq qətlə yetirilib.
Bakıda ana və iki övladının vəhşicəsinə qətlə yetirilməsinin bir neçə təfərrüatı məlum olub.
Busaat.az oxu.az-a istinadən xəbər verir ki, ailənin yaxın qohumu olan qatilin (qadının bacısının əri) 23 min manat borcu olub.
Bu səbəbdən Əhəd Əliyev qohumunu öldürmək və əldə etdiyi pulla borcunu bağlamaq istəyib.
Məlumat üçün bildirək ki, qətlə yetirilən Gülnar Qaraxanovanın əri TIR şoferi olub, onun ölkə xaricində olduğunu öncədən bilən Ə.Əliyev hadisəni törədərək əslində evdən 20 min manat deyil, 43 min manat pul oğurlayıb. O, quldurluq yolu ilə ələ keçirdiyi puldan 23 minini borcunu bağlamaq üçün istifadə edib.