Barselona Qran Prisinin qalibi bəlli oldu

image-a6d0e08c-c910-44ef-a0cf-4bc87dc7606dbackend

Red Bull komandasının holland pilotu Maks Ferstappen Formula 1 Barselona Qran Prisinin qalibi olub.

Busaat.az xəbər verir ki, nəticələr müsabiqənin saytında yerləşdirilib.

Məlumata görə, yarış iyunun 23-də İspaniyanın Katalunya Circuit-də baş tutub.

Belə ki, McLaren-in britaniyalı pilotu Lando Norris yarışı ikinci yerdə, ilk üçlüyü isə digər britaniyalı, “Mercedes”dən Lyuis Həmilton tamamlayıb.

Qalib yarışın nəticəsindən, eləcə də mexaniklərin işindən və təkərlərin keyfiyyətindən razı qaldığını bildirib.

Qeyd edək ki, Ferstappen, mövsümdə yeddinci, karyerasında isə 61-ci qələbəsini qazanıb.

O, hazırkı Formula 1 çempionudur və ümumilikdə dünya çempionatında üç qələbəsi var.

Qeyd edək ki, Formula 1-in növbəti mərhələsi 28-30 iyun tarixlərində Avstriyada keçiriləcək.

Vəli Hüseynov

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki