Bəzi cinayətlərin açılmasında mətbuatın da öz töhfəsi olub.
Busaat.az xəbər verir ki, bu fikirlər Baş Prokurorluqda bu gün keçirilən 2024-cü ilin birinci yarımilinin yekunlarına həsr olunmuş onlayn formatda keçirilən geniş kollegiya iclasında qeyd olunub.
Baş prokuror Kamran Əliyev öz çıxışında 22 iyul tarixinin Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilməsini xatırladaraq media nümayəndələrini təbrik edib və onlara səmərəli əməkdaşlığa görə təşəkkür edib:
“Cinayətkarlığa qarşı aparılmış mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlər, sərf etdikləri əmək xüsusi qeyd olunmalıdır. Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi, 1-i üzrə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıb”.