ABŞ Prezidenti Co Bayden İsveç, Finlandiya və Türkiyəni NATO-ya üzvlüklə bağlı əldə edilən razılıq münasibətilə təbrik edib.
Busaat.az xəbər verir ki, bu barədə Bayden tviter hesabında paylaşım edib.
“Finlandiya, İsveç və Türkiyəni üçtərəfli memorandumun imzalanması münasibətilə təbrik edirik – bu, NATO-nun Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət etməsi üçün əsas addımdır ki, bu da bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, NATO sammiti üçün əla başlanğıcdır”, – o qeyd edib.