ABŞ prezidenti Co Baydenin ailəsi debatlarda uğursuz çıxışından sonra onu prezidentlik yarışında qalmağa inandırmağa çalışır.
Busaat.az xəbər verir ki, prezidentin yaxınları ailə toplantısı zamanı onu birmənalı dəstəklərini bildiriblər.
Bundan əvvəl NBC, Baydenin prezidentlik yarışında sonrakı iştirakının həyat yoldaşı Cil Baydendən asılı olduğunu bildirmişdi.
Əvvəllər “The Wall Street” jurnalı ABŞ Konqresindəki Demokratlar arasında Baydenin debatlarda uğursuz çıxışı ilə bağlı çaxnaşmaya səbəb olduğunu bildirmişdi. Bəzi demokratlar qarşıdan gələn seçkilər üçün yeni namizəd tapmağa ümid edirlər.