Bəhram Əliyev qəfil VƏFAT ETDİ – FOTO

image-1691435713_vefatbackend

Martın 15-də Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda müdafiə zamanı professor Bəhram Əliyev qəfil vəfat edib.

Busaat.az xəbər verir ki, bu barədə Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov məlumat verib.

“Ailəsinə, əzizlərinə dərin hüzünlə başsağlığı verirəm. Bəhram müəllimin xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq”, – deyə o özünün feysbuk hesabında yazıb..

Əliyev Bəhram Əli oğlu, diferensial-operator tənliklər nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis, 22 may 1952-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuş, 1969-cu ildə Ağtəhlə kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə həmin institutun riyaziyyat fakültəsini bitirmiş, 1973-1974-cü illərdə Ağtəhlə kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir.

1975-1976-cı illərdə Sovet Ordusu sıralarında xidmət edib, 1977-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda qiyabi aspirantura təhsili alıb. 27.10.1982-ci il tarixdə Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunda, professor Sasun Yakubovun rəhbərliyi ilə «Разрешимость дифференциально-операторных уравнений гиперболического и эллиптического типов и их применение к дифференциальным уравнениям в частных производных (01.01.02)» mövzusunda namizədlik, 17.05.2013-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda «Разрешимость краевых задач для дифференциально-операторных уравнений эллиптического типа и их некоторые спектральные свойства (1211.01)» mövzusunda riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyəti Azərbaycan Dövlət Pedaqoji Universiteti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə bağlıdır. 1990-cı ildən 2016-cı ilə qədər ADPU-nun Riyazi analiz kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləmişdir. 2016-cı ildən indiyədək həmin kafedranın müdiri vəzifəsində çalışır. Bəhram Əliyev 2018-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyazi analiz” kafedrasının professorudur. Eyni zamanda 2006-cı ildən indiyədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışır.

Professor Bəhram Əliyev 70-dən artıq elmi əsərin, 4 dərs vəsaitinin müəllifidir. Rəhbərliyi ilə bir nəfər doktorant riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

Bəhram Əliyev qəfil VƏFAT ETDİ

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90