Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlib

image-lukasenkobackend

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.

Busaat.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Aleksandr Lukaşenkonu Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki