“Bəlkə də 11 mindən çox…”-Andranik Köçəryan 

image-11backend
image-ad_qayo_720x110px

Busaat.az xəbər  verir ki, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin rəhbəri Andranik Köçəryan 44 günlük müharibə zamanı fərarilərin sayının baş nazirin həyat yoldaşı Anna Hakobyan qeyd etdiyi rəqəmdən bir qədər çox olduğunu istisna etməyib.

Tavuş bölgəsində keçirilən tədbirlərin birində baş nazirin həyat yoldaşı müharibə zamanı 11 min insanın fərarilik etdiyini bildirmişdi. Bundan başqa, bir çox vətəndaş Ali Baş Komandanın könüllü kimi qeydiyyatdan keçmək çağırışına məhəl qoymayıb.

Jurnalistlərlə söhbətində Köçəryan qeyd edib ki, bəlkə də 11 min əslində olduğundan da azdır.

“Sürətli qismən səfərbərlik aparılıb və çox vaxt hər kəs öz ünvanına çatmayıb, onların hamısını bir araya gətirmək mümkün olmayıb. Bununla bağlı bizdə minlərlə cinayət işi var. Hazırda problem istintaq orqanları tərəfindən araşdırılır.”, – siyasətçi bildirib.

Parlamentin müharibəni araşdıran komissiyası bu mövzuya toxunacaq, sualları cavablandıracaq, 11 min yoxsa 12 min fərarinin olub-olmadığını öyrənəcək.
Köçəryan etiraf edib ki, çox vaxt səfərbər olunanlar döyüş bölgəsinə əvvəlcədən hazırlıqsız daxil olurlar ki, bu da panikaya və bir çox neqativ hallara səbəb olub. Lazımi hazırlığı olsaydı, bu 11 min ehtiyatda olan əsgər döyüşlər zamanı mühüm rol oynaya bilərdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki