Bill Qeytsin boşanma səbəbi bilindi – Çinli sevgilisi olub? – FOTOlar

image-bill-gates-2backend

Bill və Melinda Qeytsin boşanma xəbəri bu cütlüyün varlığı haqqında qeyri-müəyyən təsəvvürə sahib olanlar üçün əsl şok oldu. 27 illik evlilik heç də zarafat deyil, xüsusən də onlar üç övlad böyüdüb, böyük xeyriyyə fondu qurub və ümumiyyətlə ideal cütlük kimi görünüb.

Busaat.az  “bizim.media”ya istinadən xəbər verir ki, bu fikirlər “msn.com” saytında yer alıb.

Mənbə daha sonra belə yazır:

“Lakin, təəssüf ki, bu nümunəvi hekayə sona çatdı. Şəbəkə istifadəçiləri nöqtənin artıq qoyulduğuna əmin idilər, Qeytsin boşanması və kosmik varidatın bölünməsi barədə heç bir detal eşitməyəcəkdilər. Və bu, olduqca məntiqli idi, çünki Bill və Melinda hər şeyi əvvəlcədən düşünmüşdülər və ehtimal ki, çoxdan nikahla bağlı razılaşmışdılar. Sahibkarın keçmiş arvadına təxminən iki milyard dollar köçürdüyü məlum oldu. Ancaq bu təsiredici rəqəmlərlə yanaşı, digər məlumatlar da internetə sızdı.

İnsayderlər danışmağa başladılar: dağılma səbəbi Qeytsin çətin xarakterində deyildi. Billin tərcüməçisi Çje “Şelli” Van müdirini “yoldan çıxartmaq”da, evliliyini dağıtmaqda günahlandırıldı. Çinli bir göz qırpımında məşhur oldu, amma çətin ki, o, özünə qarşı belə diqqəti arzulamışdı.

Van altı ildir Qeyts üçün çalışır. Formal olaraq həm Billə, həm də Melindaya tabedir. Milyarderin şirkətində o, əsl çalışqan kimi tanınır: 36 yaşlı Şelli Çin, Fransız, Alman, Yapon, Koreya, Rus və İspan dillərini bilir, müdirin iş görüşmələrini səlis tərcümə edir.

Qeyts Fonduna qoşulmazdan əvvəl Yelsk İdarəetmə Məktəbində və Harvard Biznes Məktəbində çalışıb, buna görə də xidmət siyahısı həqiqətən təsiredicidir.

Bu siyahı sizin üçün əhəmiyyətsiz kimi görünsə də məlumat veririk: Çje bir müddət beynəlxalq uçuşlarda stüardessa olaraq çalışıb və sonra özü pilot lisenziyası alıb. Kövrək qız təyyarə sürməyi öyrənib, yeddi dil bilir, ancaq internetin ona etdiyi təzyiqin öhdəsindən gələ bilməyib. Bill və Melindanın evliliyini dağıtdığına dair ittihamlara tab gətirə bilməyən Şelli bir neçə sosial şəbəkədən çıxıb.

Çıxmazdan öncə o, “Weibo”da ona qarşı irəli sürülən ittihamlara cavab verib:

“Başlanğıcda bunun əsassız mənbələrdən bir hücum olacağını düşünürdüm, amma bu qədər “ağılsız” olacağını düşünməzdim. 1 may bayramı günündə neçə kitab oxuya bilərsiniz? Niyə əsassız şayiələrə vaxt itirirsiniz? Son 24 saat ərzində dostlarımın mənə xüsusi mesajlarda göstərdikləri qayğıya görə təşəkkür edirəm. Ümid edirəm ki, bu hadisə xoş və bayram əhval-ruhiyyəsini pozmayacaq”.

Tərcüməçinin bir neçə həmkarı bu iftiraya münasibət bildirməyə vaxt tapıb. Onların hər biri Şellinin saf olduğunu deyir və ona haqq qazandırır.

Ancaq necə deyərlər, od tüstüsüz olmaz: bəzi mənbələr hələ də təvazökar çinli qadının Bill ilə işdən kənarda dəfələrlə vaxt keçirdiyini, ağlı və gəncliyi ilə milyarderi ovsunladığını iddia edirlər.

Əslində hər şey internet istifadəçiləri tərəfindən proqnozlaşdırılan şəkildədir. Doğrudanmı onlar düz deyirlər?”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90