Məzmuna keç
  • Brent neft112.33 $▲0.23%
  • WTI neft102.95 $▼0.21%
  • Avropa qazı (TTF)103.19 €▲5.83%
  • Təbii qaz (ABŞ)2.883 $▼0.48%
  • Qızıl3 885 $▼2.97%
  • Gümüş49.14 $▼4.29%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.25 ¢▼0.58%
  • Bitcoin76 662 $▼1.45%
  • Ethereum2 238 $▼0.48%
  • S&P 5007 580▼1.83%
16°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Dünya

Biz heç vaxt Rusiyanın işğalını və saxta referendumlarını tanımayacağıq - G7

image-g7
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Biz Rusiyanın torpaq ilhaqlarını və saxta referendumlarını heç vaxt tanımayacağıq”.

Busaat.az xəbər verir ki, bu barədə G7 xarici işlər nazirləri yaydıqları birgə bəyanatda Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa çağırıblar.

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ-dan ibarət G7 ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynadakı işğalı ilə bağlı birgə bəyanat yayıb. Ukraynanın suverenliyi və müstəqilliyini dəstəklədiklərini təkrarlayaraq, Rusiyanı müharibəni dayandırmağa çağırıblar.

Bəyanatda qeyd edilib: “Rusiyanın Ukraynaya qarşı təcavüzünü, Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini pozmağa davam etməsini ən şiddətli şəkildə qınayırıq. Prezident Putinin Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrini Rusiya Federasiyasının ərazisinə daxil etmək səyləri qəbuledilməzdir. Biz heç vaxt Rusiyanın beynəlxalq hüququ pozmasını qəbul etməyəcək, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Paris Xartiyasının ümumi qəbul edilmiş prinsip və öhdəliklərinə sadiq qalaraq onun ilhaqlarını və ya silah zoru ilə keçirilən saxta referendumlarını tanımayacağıq”.

Rusiyaya və Rusiyanın beynəlxalq hüquq pozuntularına siyasi və ya iqtisadi dəstək verən Rusiya daxilində və xaricində fərd və təşkilatlara daha çox iqtisadi sanksiyaların tətbiq ediləcəyi vurğulanan bəyanatda, “Ukraynanın Rusiyanın müharibəsinə qarşı özünü müdafiə etmək və torpaqlarını geri almaq hüququ var. Biz onu dəstəkləməkdən çəkinmirik”, – deyə əlavə edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101438