Blinken Rusiyanın üç hədəfini açıqladı – Hər üç cəbhədə uğursuzluq…

image-files-us-iraq-conflict-rocketsbackend
ABŞ dövlət katibi Entoni Blinkenə görə, Rusiya Ukraynanın işğalı ilə qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib, strateji uğursuzluğa düçar olub və ola bilsin ki, məğlubiyyətə uğrayıb.
Busaat.az  xəbər verir ki, bu barədə “Unian” ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən məlumat yayıb.
“Rusiyanın üç məqsədi var idi: Ukraynanı öz iradəsinə tabe etmək, onun suverenliyini və müstəqilliyini inkar etmək, orada Rusiya hakimiyyəti quraraq, Qərbi və Alyansı (NATO) parçalamaq. Və o, hər üç cəbhədə uğursuzluğa düçar oldu”, deyə Blinken bildirib.
Dövlət katibinin sözlərinə görə, Ukraynada indi daha güclü birlik yaranıb: “Bu, suveren, müstəqil Ukraynadır və Vladimir Putin səhnədə olduğundan daha uzun müddət orada olacaq”.
Blinken əlavə edib ki, Rusiyanın qüdrəti xeyli azalıb və ordusu xeyli geri qalıb: “Onların iqtisadiyyatı axsamağa başlayıb. Təbii ki, NATO və Qərb heç vaxt olmadığı qədər birləşib. Ona görə də, təkcə bu əsasda biz artıq Rusiya üçün dramatik uğursuzluğun şahidi oluruq”.Qaynarinfo
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90