Blinkenin Türkiyəyə səfərinin proqramı və məqsədi açıqlandı

image-a70202ab-b646-3889-9198-278f4930391c_850backend

ABŞ dövlət katibi Antoni Blinken bu gün axşam İstanbula gələcək.

Busaat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbə bildirib.

ABŞ Dövlət katibinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan ilə görüşləri planlaşdırılır.

Səfərin məqsədi Yaxın Şərq turu çərçivəsində regiondakı vəziyyəti müzakirə etməkdir.

Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Blinkenin həmkarları ilə bir sıra vacib məsələləri müzakirə etmək üçün bir həftə ərzində Türkiyə, Yunanıstan, İordaniya, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcəyini açıqlamışdı.

Onun sözlərinə görə, səfər zamanı Qəzza sektoruna humanitar yardımın tədarükünün artırılması üçün fövqəladə tədbirlərin görülməsi və qalan girovların azad edilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.Report

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki