“Neftçi” – “Qarabağ” matçına nə qədər bilet satılıb?

image-neftci-1backend

Misli Premyer Liqasının 29-cu turunun “Neftçi” – “Qarabağ” matçına 6000 ədəd bilet satılıb.

Busaat.az xəbər verir ki, bu barədə “Neftçi”nin rəsmi sosial şəbəkə hesabları məlumat yayıb.

Biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Bundan əlavə, matçdan əvvəl azarkeşlər üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.

Bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlmək tövsiyə olunur.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı sabah keçiriləcək və saat 19:00-da start götürəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki