Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.81 $▼1.42%
  • WTI neft96.27 $▼0.83%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.903 $▲0.66%
  • Gümüş49.59 $▼0.01%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda598.75 ¢▼1.07%
  • Bitcoin77 435 $▲0.99%
  • Ethereum2 282 $▲1.44%
  • S&P 5007 562▲0.25%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi

image-mycollages__2_
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universitetinin müəllimi Yuliya Volkovanın paylaşımı qalmaqal yaradıb.

Busaat.az Rusiya mediasına istinadən xəbər verir ki, sözügedən müəllim sosial şəbəkələrdə azərbaycanlı keçmiş tələbəsinin 6 yaşlı qızının fotosunu paylaşaraq xoşagəlməz ifadələr işlədib.

“Azərbaycanlı ailələr məni bağışlasın. Lakin məni bir sual narahat edir: nəyə görə belə gözəl insanların bu cür çirkin uşaqları olur?”, – deyə o, sosial şəbəkə hesabının hekayə bölümündə bildirib.

Volkovanın bu paylaşımı qalmaqala səbəb olub. Təhqirə məruz qalan azyaşlının anası məsələ ilə bağlı prokurorluğa müraciət edib.

Yerli mediaya açıqlama verən müəllim isə bu addımı ilə kimisə təhqir etmək niyyətində olmadığını və bu cür reaksiya doğuracağını gözləmədiyini deyib: “Mən universitetdə işləyirəm, uşaqları da çox sevirəm. Kimisə təhqir etmək və alçaltmaq niyyətim olmayıb. Paylaşımı da geniş ictimaiyyət qarşısına çıxarmaq istəmirdim, hesabım qapalıdır. Əlbəttə, valideynlərin buna münasibət bildirməyə haqqı var, lakin onların reaksiyası bir qədər həddən artıq görünür”.

Ural Federal Universitetinin Mətbuat xidmətinin açıqlamasına görə isə təhsil müəssisəsinin Etika üzrə Komissiyası müəllimin davranışı ilə bağlı araşdırma aparacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=182532