“BMT-nin üzvü kimi müstəqil Azərbaycan Respublikasının məqsədi öz dövlət müstəqilliyini qorumaqdır”

image-heyder-eliyev3backend

“Hər birimizə məlumdur ki, 2023-il “Heydər Əliyev ili” çərçivəsində işlər görülür. Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətlərarası münasibətlərə hakimiyyətdə olduğu illərdə diqqət mərkəzində saxlayırdı.

Bildiyimiz kimi, Azərbaycan müstəqil bir dövlət olaraq öz coğrafi vəziyyətinə əsasən Qərb sivilizasiya ilə şərq sivilizasiyasını həm coğrafi,həm məzmun,mənəvi nöqteyi-nəzərdən birləşdirən bir ölkədir.Biz tarixi missiyamızı çox yüksək qiymətləndiririk.

Qərbi və Şərq,Avropa ilə Asiyanı xristian aləmi ilə islam aləmini birləşdirən Azərbaycan artıq müstəqil dövlətdir.

Bir çox dövlətlərin tanınmış fəxri qonaqları dəfələrlə ölkəmizdə işgüzar səfərlər də olublar.Yüksək tribunadan Azərbaycan haqqında,ulu öndərimiz haqqında müsbət fikirlər söyləyib çıxışlar ediblər.

Ulu Öndərin Türkiyə Respublikasının Baş naziri xanım Tansu Çillərin şərəfinə təşkil olunmuş ziyafətdə nitqində söylədiyi kimi “Biz sülhsevər ölkəyik,Azərbaycan xalqı sülhsevər xalqdır.Biz bütün xalqlarla xüsusən də həmsərhəd qonşu olduğumuz,tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə,xalqlarla dostluq,qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik.Bununla yanaşı,hamı bilməlidir ki, biz heç kimə bir qarşıda olsun,torpağımızı güzəştə gedə bilmərik.Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu,qarşılıqlı, faydalı əlaqələr qurmuş,bütün bunlar bizim tarixi köklərimizə əsaslanır.Bu tarixi köklər və əlaqələr bir çox əsrlər boyu formalaşıb,inkişaf edib bu günki xoşbəxt günlərə gəlib çatıbdır.Xalqımızın eyni kökə,eyni dinə,eyni dilə mənsub olması,adət və ənənələrimizin bir-birinə bənzərliyi,milli duyğularımızın bir-biri ilə oxşar olması-hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımız bir,bərabər etmişdir.Məhz buna görədir ki,biz tez-tez belə bir gözəl ifadəni işlədirik “Biz bir millət,iki dövlətik” Türkiyə Prezidenti Süleyman Dəmirəlin adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə Ulu Öndərimiz belə söyləmişdir “Türkiyə-Azərbaycan dostluğu,qardaşlığı əbədidir,bizim qanımız,canımız,dinimiz,dilimiz birdir”

Bu gün gənc müstəqil Azərbaycan Respublikası dünyanın ən böyük qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu əlaqələr qurubdur.Bu əlaqələr inkişaf edir,hər iki ölkə üçün öz müsbət nəticələrini verir.

Bundan başqa onun ABŞ-ın Ticarət Naziri Uiyanı Deyli və Energetika Naziri Federiko Penyanın Azərbaycan Respublikası Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda çıxış edərək bildirdi ki, “Türk xalqları insanlığın min illər boyu yaratdığı sivilizasiyaya əvəzsiz tarixi töhfələr veriblər.Çətin mübarizə yollarında və saysız-hesabsız şəhid qanları hesabına qazandığımız azadlığımızın,müstəqilliyimizin əbədi olmasında biz məhz belə bəşəri dəyərlərə istinad edirik”

Sonra onun Türk Dövləti və Topluluqlarının VI Dostluq,Qardaşlıq və İşbirliyi qurultayının iştirakçılarına müraciət edərək çıxış etdi ki,Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir.Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq,sülhü,əmin-amanlığı qorumaq,qonşularla mehribanlıq,əmin-amanlıq,sülh şəraitində yaşamaq,bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir”.

 

Gülnarə Hacıyeva, Nəsimi Rayon İctimai Şuranın sədr müavini

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki