“1990-cı illər Azərbayacanın siyasi həyatında əsaslı dəyişikliklər baş verdi. Həmin illərdə xalqımız ağrılı, acılı günlər yaşayırdı. Azadlığımız uğrunda bütün xalq ayağa qalxmışdır. Həm 20 yanvar faciəsi həmdə torpaqlarımızın mənfur düşmən tərəfindən işğal olunması Azərbaycan xalqını bir yumruq kimi birləşdirmişdır. Belə bir zamanda dövlətin başında ağıllı və uzaqgörən dövlət başçısı lazım idiki, Azərbaycan xalqını bu ağrılı acılı günlərdən xilas etsin. Bunu yalnız bir insan edə bilərdi. Ulu öndər, görkəmli siyasi xadim və dövlət başçısı Heydər Əlirza oğlu Əliyev.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda sonra isə Naxçıvanda Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. Azərbaycan xalqı 1993-cü ilin may-iyun aylarında Sürət Hüseynovun başçılığı ilə Gəncədə exprezident Əbülfəz Elçibəyə qarşı qiyamın qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdır. Bu zaman Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə xalq ayağa qalxdı. Bu əsl mənada Milli oyanış idi. O zamanki dövlət başçıları Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və Milli Məclisin qərarı ilə Azərbaycan Respulikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkənin ictimai-iqtisadi və sosial həyatında mühüm dəyişikliklər baş verdi. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəsin elan edilməsi haqqında ikitərəfli müqavilə imzalandı. Azərbaycanın beynəlxalq ailəmdə tanınması üçün əhəmiyyətli siyasi fəaliyyətlər başlandı. Heydər Əliyevin prezidentliyi zamanı ordu quruculuğunda əsaslı sürətdə dəyişikliklər yarandı.
1995-ci ilin noyabrında referendum yollu ilə ümumi bəşəri demokratik beynəlxalq huquq normalarını özündə əks etdirən Konstitusiya qəbul olundu. Konstitusiya məhkəməsinin fəaliyyətə başlanması ilə şərqdə ilk dəfə Azərbaycanda ölüm hökmü ləğv olundu.
1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı ilə Heydər Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçildi. Heydər Əliyev 15 may 2001-ci il tarixi fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu verildi.
Sonra Heydər Əliyevin bir başa rəhbərliyi ilə Dünya Azərbaycanlılarının Bakıda keçirilən 1-ci qurultayında Azərbaycan diasporasının fəaliyyəti dahada genişləndirildi. 2001-ci ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Avropanın tam bərabər hüquqlu üzvü seçilmişdir. Və beləliklə Azərbaycan dünya ölkələri içində öz sözünü deməyə başladı.
2003-cü ildə ulu öndərimizin səhhətində yarandığı problemlərə görə öz prezident namizədliyindən imtina etmişdir. Prezident Heydər Əliyevin siyasi məktəbinin baris nümunəsi cənab prezident İlham Əliyevdir. 17 illik hakimiyyəti dövründə İlham Əliyevin siyasi fəaliyyətində qazandığı uğurlar bunu bir daha sübut edir.
2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ savaşında qazandığımız qələbə bunu bir daha göstərdi. 44 gün ərzində davam edən müharibədə 30 il işğal altında qalan torpaqlarımızı azad etdik. Bu qələbə Azərbaycan xalqının güclü iradəsi və cənab prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun qüdrəti ilə baş verdi”.
Bakı Slavyan Universiteti
Abbasova Pərvanə