Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 614 $▲0.79%
  • Ethereum1 815 $▲2.66%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Komitə sədri qardaş ölkədən gəlmiş ictimai xadimlərlə görüşüb – FOTOLAR

image-img_3301
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, qardaş ölkə Türkiyədən gəlmiş qonaqlar – Türkiyə Təhsil, Tədris və Elm Xidməti üzrə Dövlət Qulluqçuları Həmkarlar İttifaqının (Türkiye Eğitim, Öğretim ve Bilim Hizmetleri Kolu Kamu Çalışanları Sendikası) başqanı Talip Geylan, Türkiyə Əmək və Sosial Müdafiə Nazirliyinin Strateji İnkişaf başqanı və Nazirin Katibliyinin rəisi Dr. Ali Osman Akalan ilə görüş keçirib. 

Görüşdə Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyinin, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün vətəndaş cəmiyyəti institutlarının, ictimai birliklərin rolu və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Komitə sədri Fazil Mustafa, başqan Talip Geylanın həmkarlar ittifaqı vasitəsiylə işçilərin hüquqlarının müdafiəsi, gənc nəslin mənəvi dəyərlər əsasında yetişdirilməsi yönündəki fəaliyyətini təqdir edərək, təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Dr. Ali Osman Akalan isə Türkiyədə çalışdığı nazirlik çərçivəsində həyata keçirilən strateji idarəetmə modelləri, vətəndaş cəmiyyətinin dövlət qurumları ilə əməkdaşlıq mexanizmləri barədə bilgi verib, bu sahədə Azərbaycanla təcrübə mübadiləsinin önəminə toxunub.

Səmərəli fikir mübadiləsi, gələcək əməkdaşlıq imkanlarının dərinləşdirilməsi üçün bir imkan kimi qiymətləndirilib.

Görüşdə Millət vəkili, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Tənzilə Rüstəmxanlı iştirak edib.

image-img_3302 image-img_3303 image-img_3304 image-img_3305 image-img_3306 image-img_3307 image-img_3308 image-img_3309

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=172008