Ağdamda ağır qəza, xəsarət alanlar var

image-1backend

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az xəbər verir ki, hadisə Bərdə-Ağdam magistralının Ağdam rayon ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik maşının traktora çırpılması nəticəsində üç nəfər xəsarət alıb.

Xəsarət alanlarla bağlı TƏBİB-dən bildirilib ki, 3 nəfər (kişi cinsli – red.) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır”.

Qəzada xəsarət alanlar Əliyev Nəbi (sürücü), Əliyev Pərviz və Əmirov Mübarizdir.

Qeyd edək ki, xəsarət alanlar minik maşınının sürücüsü və onun sərnişinləridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki