Bu şəxslərə ŞAD XƏBƏR – Dövlət dəstəyi veriləcək

image-sadxeberpulbackend
image-uzb_ads_desk

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Busaat.az xəbər verir ki, fərmana daxil olan dəyişikliklərdə deyilir ki, Azərbaycanda balıqçılıq və akvakultura sahəsi ilə məşğul olan sahibkarlar və fermerlər ilk dəfə olaraq genişmiqyaslı dövlət dəstəyi mexanizminə daxil edilirlər. Sənədə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) əsasnaməsinə və vəsaitlərindən istifadə qaydalarına edilən düzəlişlərlə, balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan xüsusi texnika və texnoloji avadanlıqlar rəsmən kənd təsərrüfatı istehsal vasitələrinin siyahısına əlavə olunub.

Bu qərardan sonra sözügedən sahədə fəaliyyət göstərən şəxslərin istehsal və yetişdirmə prosesində istifadə etdikləri avadanlıqlar dövlət tərəfindən güzəştli şərtlərlə maliyyələşdiriləcək, habelə lizinq vasitələri sırasına daxil edilərək onlara əlçatan formalaşdırılacaq. Bununla da, daxili bazarda balıq və digər dəniz məhsullarının istehsalının stimullaşdırılması üçün akvakultura subyektlərinin texnoloji yenilənməsinə birbaşa dövlət yardımı təmin ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki