Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib

image-whatsapp-image-2026-06-16-at-11-35-06backend
image-uzb_ads_desk

Əməkdar artist Fərqanə Qasımova yeni layihəsi olan “ANA” mahnısı və eyniadlı klipinin təqdimatını keçirib.

Busaat.az  xəbər verir ki, aktrisa Dilarə Əliyevanın aparıcılığı ilə baş tutan tədbirdə Xalq artisti Alim Qasımov, sənət nümayəndələri, media təmsilçiləri və ailə dostları iştirak ediblər.

Tədbirdə əvvəlcə sözləri Afət Alisə, musiqisi Fərahim Sadiqə məxsus olan “ANA” mahnısı haqqında məlumat verilib. Daha sonra “Narimanfilm” Kino Şirkətinin istehsalı olan klip nümayiş olunub.

Ana sevgisindən bəhs edən ekran işi qonaqlar tərəfindən maraqla qarşılanıb. Klipdə Kəmalə Piriyeva, Adel Hacıyeva və Selin Mirqəvvam rol alıblar.

Çıxışı zamanı Fərqanə Qasımova bildirib ki, “ANA” mahnısı bütün analara ithaf olunub və onun yaradıcılığında xüsusi yer tutur. İfaçı layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib.

image-whatsapp-image-2026-06-16-at-11-35-06 image-whatsapp-image-2026-06-16-at-11-35-07-1 image-whatsapp-image-2026-06-16-at-11-35-07-2 image-whatsapp-image-2026-06-16-at-12-15-41-1 image-whatsapp-image-2026-06-16-at-12-15-41 image-whatsapp-image-2026-06-16-at-12-15-42


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki