Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 429 $▼0.80%
  • Ethereum2 334 $▼2.11%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Maqazin

NURAN bu dəfə “Məni unutmağa tələsmə hələ” oxudu

image-whatsapp-image-2026-07-08-at-18-04-22-1

Gənc ifaçı söz və musiqisi Zeynəb Xanlarovaya məxsus olan məşhur “Məni unutmağa tələsmə hələ” mahnısını müasir tərzdə yenidən təqdim edib.

Busaat.az xəbər  verir ki, layihənin rəhbəri Elvin Elxandır. Mahnı peşəkar yaradıcı heyət tərəfindən ekranlaşdırılıb. Rejissorları ZEYN və İlahə Məhərrəm olan klip üçün xüsusi hazırlıq görülüb, çəkiliş prosesinə 50-yə yaxın yaradıcı heyət üzvü cəlb edilib.

Ekran işində NURAN-ın sənət üslubuna uyğun nostalji atmosfer yaradılıb. Klip Buzovnada yerləşən qədim evlərdən birində lentə alınıb və çəkilişlərə “Üçüncü Bahar” İctimai Birliyinin yaşlı üzvləri də qatılıb. Layihələrində milli dəyərlərə, adət-ənənələrə və keçmişin ruhuna xüsusi önəm verən NURAN bu işində də həmin xəttə sadiq qalıb.

Klip iki fərqli vizual hissədən ibarətdir. Birinci hissədə NURAN-ın sosial tərəfi, ikinci hissədə isə sənətçinin daxili emosional dünyası ekran dilində əks olunub.

Layihənin musiqi prodüseri və artistin vokal koçu Elçin Cəfərovdur. Mahnının aranjimanı, miks və masterinqi isə DAHİN və Rasim Əsgərov tərəfindən hazırlanıb.

Ekran işinin art direktoru Fərid Cabbarlı, kostyum dizayneri Ayşə Məstanova olub.

Kadrarxası görüntülər və fotosessiya Ksenia Şirinova tərəfindən həyata keçirilib.

Quruluşçu operatorlar isə Müseyib Qasımov və Zaur Cavadov olublar.

image-whatsapp-image-2026-07-08-at-18-04-22 image-whatsapp-image-2026-07-08-at-18-04-22-1 image-whatsapp-image-2026-07-08-at-18-04-21 image-whatsapp-image-2026-07-08-at-18-04-21-1

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul