Xalqın sevilən müğənnisi Rəqsanə İsmayılova “Dəmir Yumruq” adlı silsilə konsert proqramı çərçivəsində növbəti dəfə dinləyiciləri ilə Quba şəhərində görüşüb.
Busaat.az xəbər verir ki, Nizami parkında baş tutan konsert minlərlə tamaşaçını bir araya gətirib.
Sənətçinin ifa etdiyi sevilən mahnılar tədbir iştirakçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Dəmir Yumruq” adlı xalq konsertləri silsiləsi 27 may tarixində Naxçıvan Muxtar Respublikasından start götürüb.
Layihənin növbəti dayanacağı 30 iyun tarixində Sumqayıt şəhəri olub.
Sentyabr ayınadək davam edəcək konsert proqramı çərçivəsində Rəqsanə İsmayılova Mingəçevir, Lənkəran, Goranboy, Şəki, Gəncə və Bakı şəhərlərində də tamaşaçılar qarşısına çıxacaq.









