Məzmuna keç
  • Brent neft106.31 $▼3.35%
  • WTI neft97.27 $▼3.48%
  • Avropa qazı (TTF)95.26 €▼8.35%
  • Təbii qaz (ABŞ)2.956 $▲1.69%
  • Qızıl3 972 $▲1.58%
  • Gümüş51.01 $▲1.84%
  • Pambıq78.04 ¢▼0.19%
  • Buğda606.50 ¢▲0.62%
  • Bitcoin77 792 $▼0.55%
  • Ethereum2 288 $▲0.71%
  • S&P 5007 624▲0.57%
17°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Dünya

ABŞ ilk dəfə Hörmüzdə “Apache” itirdi

image-apache
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda ABŞ ordusuna məxsus “AH-64 Apache” hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdə olan iki ekipaj üzvü sağ şəkildə xilas edilib.

Busaat.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Hadisənin səbəbi hələlik açıqlanmayıb. ABŞ rəsmiləri helikopterin İran tərəfindən vurulub-vurulmadığını, texniki nasazlıq yaşayıb-yaşamadığını və ya başqa amillərin rol oynadığını araşdırır.

ABŞ Prezidenti Donald Tramp da hadisə ilə bağlı açıqlama verərək pilotların vəziyyətinin yaxşı olduğunu bildirib.

Qəza İsrail-İran qarşıdurmasının yaratdığı regional gərginliyin nisbətən səngiməsindən sonra baş verib. ABŞ ordusu son aylarda Hörmüz boğazında əməliyyatlarını genişləndirərək bölgədə “Apache” helikopterləri, “MQ-9 Reaper” pilotsuz aparatları, F/A-18 və F-35 qırıcılarından istifadə edir.

Məlumata görə, münaqişənin başlanmasından bəri İran təxminən 30 ABŞ dronunu vurub. Bir neçə hərbi təyyarə də müxtəlif səbəblərdən itirilib. Lakin “AH-64 Apache” helikopterinin sıradan çıxması bu qarşıdurma dövründə ABŞ üçün ilk belə itki hesab olunur.

“Hellfire” raketləri ilə silahlandırılan “AH-64 Apache” helikopterləri ABŞ ordusunun ən effektiv hücum platformalarından biri sayılır. Bu helikopterlər xüsusilə sürətli qayıqlara və pilotsuz uçuş aparatlarına qarşı əməliyyatlarda mühüm rol oynayır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=185094