Məzmuna keç
  • Azeri Light126.00 $▲3.04%
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 260 $▲0.10%
  • Ethereum2 240 $▼0.02%
  • S&P 5007 580▼1.83%
19°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Mədəniyyət

Xalq artisti Nəzakət Teymurova Filarmoniya səhnəsində alqışlarla qarşılanıb

image-dg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xalq artisti Nəzakət Teymurova Azərbaycan Dövlət Akademik Filarmoniyasında möhtəşəm konsert proqramı ilə çıxış edib.

Busaat.az xəbər verir ki, muğam sənətinin tanınmış nümayəndəsinin təqdim etdiyi musiqi gecəsi sənətsevərlərə unudulmaz anlar yaşadıb.

Konsert proqramında xalq mahnıları, muğamlar və sevilən bəstəkar əsərləri səsləndirilib.

Nəzakət Teymurovanın yüksək peşəkarlıqla təqdim etdiyi ifalar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Sənətkarın özünəməxsus ifa tərzi və səhnə mədəniyyəti gecəyə xüsusi rəng qatıb.

Uzun illərdir Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən Xalq artisti bu dəfə də zəngin repertuarı ilə dinləyicilərin könlünü oxşayıb. Musiqi gecəsində səslənən hər bir əsər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Nəzakət Teymurova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, ölkəmizi dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallarda uğurla təmsil edib, muğam sənətimizin təbliğinə mühüm töhfələr verib.

Filarmoniyada baş tutan konsert bir daha Nəzakət Teymurovanın Azərbaycan musiqi sənətinin ən parlaq simalarından biri olduğunu nümayiş etdirib.

image-dsc_0017-jpg image-dsc_0028-jpg image-dsc_0037-jpg image-dsc_0039-jpg image-dsc_0042-jpg image-dsc_0062-jpg image-dsc_0065-jpg image-dsc_0092-jpg image-dsc_0095-jpg image-dsc_0101-jpg image-dsc_0104-jpg image-dsc_0134-jpg image-dsc_1167-jpg image-dsc_1169-jpg

Foto buy : Ramin Qurbanov

 

 

 

 

MüəllifUlker Rahmanqizi

Xəbəri paylaş

busaat.az/?p=185244