Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 579 $▼0.61%
  • Ethereum2 364 $▼0.84%
  • S&P 5007 624▼0.52%
18°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Gündəm

“Atam işinin peşəkarıdır, gəmidə öldüyünə inanmırıq” - Video

image-fff

İyunun 5-nə keçən gecə baş vermiş gəmi hadisəsindən sonra Azərbaycan vətəndaşı 1969-cu il təvəllüdlü Qismət Nadir oğlu Əliyevin ailəsi ondan hələ də xəbər ala bilmir.

Busaat.az xəbər verir ki, ailə bu barədə ATV-yə danışıb.

“Cunda” şirkətinə məxsus “Zirkon” yük gəmisində baş mexanik vəzifəsində çalışan Q.Əliyevin qızı Həqiqət Şərifova atası ilə hadisədən iki gün öncə görüntülü danışdıqlarını bildirib: “Hər şeyin yaxşı olduğunu və internet zəif olacağı üçün ona zəng çatmayacağını dedi. Xəbəri isə gəminin sahibi verdi. O bildirdi ki, gəmi vurulub və orada atam olub. Bizə başsağlığı verdilər, amma atamın gəmidə öldüyünə inanmırıq. O, işinin peşəkarıdır, gəminin hansısa hissəsində qurtarılmalı olduğunu gözləyirik”.

Ailə üzvləri hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən rəsmi açıqlama gözlədiklərini sözlərinə əlavə ediblər.

Qeyd edək ki, hadisədən bir gün sonra APA-nın yaydığı məlumatda Palau bayrağı altında üzən gəmiyə endirilən zərbə nəticəsində Qismət Əliyev və Fuad Orucovun həlak olduqları bildirilmişdi.

Daha ətraflı videomaterialda:

 

 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul