Humay Qədimova “Hər simdə bir hekayə” adlı solo konsert proqramı ilə çıxış edəcək

image-whatsapp-image-2026-06-09-at-14-41-52backend
image-uzb_ads_desk

Azərbaycanın tanınmış xanım tarzəni Humay Qədimova musiqisevərlərlə möhtəşəm solo konsert proqramında görüşməyə hazırlaşır. “Hər simdə bir hekayə” adlı konsert 20 iyun tarixində Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

 Busaat.az  xeber verir ki, tar alətinin zəngin imkanlarını fərqli musiqi janrları ilə sintez edən sənətçi bu dəfə tamaşaçılara özünəməxsus və yaddaqalan bir musiqi axşamı vəd edir. Konsert proqramı çərçivəsində Humay Qədimova etnik caz və etnik Avropa musiqisinin elementlərini milli musiqi ənənələri ilə bir araya gətirərək tarın müasir və qeyri-adi səslənməsini nümayiş etdirəcək.

“Hər simdə bir hekayə” yalnız musiqi proqramı deyil, həm də müxtəlif mədəniyyətlərin və musiqi üslublarının vəhdətini əks etdirən yaradıcı layihə kimi təqdim olunur. Gecə ərzində tamaşaçılar tarın klassik çərçivələrdən kənara çıxaraq fərqli interpretasiyalarını dinləmək imkanı əldə edəcəklər.

Konsertin musiqi konsepsiyası və ümumi bədii xətti üzərində Azərbaycanın tanınmış pianoçusu və bəstəkarı Tural Məmmədli çalışıb. Onun rəhbərliyi ilə hazırlanan proqram milli musiqi irsinin müasir yanaşmalarla təqdim olunmasına xidmət edir.

Qeyd edək ki, Humay Qədimova son illər ərzində milli musiqimizin təbliği istiqamətində həyata keçirdiyi layihələr və uğurlu çıxışları ilə diqqət çəkir. “Hər simdə bir hekayə” konsertinin də sənətçinin yaradıcılığında xüsusi yer tutacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki