Bakıdakı məşhur restoranda kütləvi dava: Həbs edilən var

image-image_940x_68c5c43955b8fbackend

Bakıda “Elux” restoranında keçirilən toy məclisində dava-dalaş edən şəxslər saxlanılıblar.

Busaat.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, saxlanılan şəxslərdən biri barəsində həbs qərarı verilib.

Aparılan araşdırma ilə müəyyənləşib ki, dava zamanı 1982-ci ildə İmişli rayonunda anadan olmuş C.V. polisin işinə qarışaraq, onların xidməti vəzifələrinin yerinə yetirilməsinə maneçilik yaradıb.

Məhkəmənin qərarı ilə C.V. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati həbs edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki