Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft91.85 $▼0.14%
  • WTI neft85.73 $▼0.10%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.260 $▼0.82%
  • Qızıl3 977 $▼0.14%
  • Gümüş51.28 $▼0.25%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda602.00 ¢▲0.46%
  • Bitcoin73 485 $▼0.60%
  • Ethereum2 042 $▼0.58%
  • S&P 5007 619▲1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Kriminal

Məktəbli qıza cinsi zorakılıqda şübhəli bilinən 4 nəfər həbs edilib

image-polis_s_1756110048
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ağdam rayonunda 16 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılan dörd nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, sözügedən əməli törətməkdə şübhəli bilinən şəxslər barədə Ağdam rayon məhkəməsində qərar verilib.

**

11:01

Ağdamda 16 yaşlı məktəbli qızın bir qrup şəxs tərəfindən zorakılğa məruz qaldığı iddia olunur.

Sürücülük vəsiqələri ilə bağlı VACİB XƏBƏR: Yeni qərar var
Hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində qeydə alınıb. Sözügedən faktla bağlı zərərçəkən yeniyetmə ailəsinə məlumat verib. Ailəsi isə yerli hüquq-mühafizə orqanlarına məlumat verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=171928