Zelenski: “Kiyev Trampın danışıqlar təklifinə hazırdır”

image-0backend

“Ukrayna ABŞ prezidenti Donald Trampın Rusiya ilə nizamlanma danışıqları təklifinə hazırdır”.

Busaat.az xəbər verir ki, bu barədə Kiyev rejiminin başçısı Volodimir Zelenski özünün Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, dövlət başçıları istənilən formatda görüşə bilərlər.

“ABŞ Rusiya prezidenti Vladimir Putini dialoqa sövq edə bilər. Bu, istənilən formatda liderlərin görüşü ola bilər”, – deyə Zelenski yazıb.

Siyasətçi qeyd edib ki, görüşlər texniki komandalar arasında deyil, ən yüksək səviyyədə keçirilməlidir:

“Biz prezident Trampın təklifinə hazırıq: üçtərəfli format, sonra ikitərəfli və ya əksinə. Amma texniki komandalar yox, liderlər olmalıdır”, – deyə Ukrayna lideri əlavə edib.

Qeyd edək ki, Donald Tramp Ukraynadakı münaqişənin həlli tempindən narazı olduğunu bildirmişdi. Ağ Evin rəhbəri Rusiya Federasiyasına qarşı ticarət rüsumları, eləcə də Rusiyanın bank sektoruna qarşı sərt sanksiyalar tətbiq edə biləcəyini istisna etməyib.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki