BMT nüvə dövlətlərinə ÇAĞIRIŞ EDİB

image-bmtbackend

BMT bütün nüvə dövlətlərini nüvə silahından istifadə etməmək öhdəliyini təsdiq etməyə çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari Dikarlo məlumat yayıb.

“Bütün nüvə gücləri nüvə silahından istifadə etməmək və nüvə təhlükəsini aradan qaldırmaq üçün öhdəliyini yenidən təkrarlamalıdır. Biz nüvə silahından istifadə ilə bağlı narahatedici ritorika eşitmişik. Bu qəbuledilməzdir. İcazə verin, Baş katibin Rusiya da daxil olmaqla nüvə silahına sahib ölkələrə nüvə silahının istifadə edilməməsi və tədricən aradan qaldırılması barədə öhdəlik götürməklə bağlı müraciətini bir daha qeyd edim” – deyə, Dikarlo bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə xalqa müraciəti zamanı Vaşinqtonun Kiyevi əməliyyatları Rusiya ərazisinə köçürməyə sövq etdiyini bildirib. Putinə görə, Rusiya üçün təhlükə yalnız Zaporozje nüvə stansiyası deyil, həm də NATO-nun aparıcı dövlətlərinin Rusiyaya qarşı kütləvi qırğın silahlarından, daha doğrusu nüvə silahından istifadənin mümkünlüyünə dair bəyanatlarıdır.

“Rusiyaya qarşı bu cür bəyanatlarla çıxış edənlərə xatırlatmaq istərdim ki, bizim ölkəmizdə də müxtəlif dağıdıcı silahlar var və hətta bəzi komponentlərimiz NATO-nun üzv ölkələrindən daha müasirdir. Ölkəmizin ərazi bütövlüyü təhdid edilərsə, biz açıq-aydın bütün vasitələrimizlə Rusiyanı və xalqımızı qoruyacağıq. Bu blef deyil” –deyə, Putin xəbərdarlıq edib.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90