BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı vəziyyəti müzakirə edəcək – ABŞ nümayəndəsi

image-modern-az_bmt_971backend

BMT Təhlükəsizlik Şurası Pxenyanın son raket sınaqlarından sonra Şimali Koreya ilə bağlı vəziyyətlə bağlı gələn həftə müzakirələri davam etdirəcək.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild jurnalistlərə açıqlamasında bildirib.

ABŞ diplomatı bütün BMT ölkələrini Pxenyana qarşı sanksiyalara riayət etməyə səsləyib və Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə danışıqların bərpasının vacibliyinə diqqət çəkib.

Qeyd edək ki, Şimali Koreya bugün iki ballistik raket sınağı həyata keçirib. Bu, Şimali Koreyanın ilin əvvəlindən bu yana 24-cü raket sınağı olub, əvvəlki sınaq buraxılışı oktyabrın 4-də baş tutub.

May ayında Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanın raket sınaqlarına adekvat cavab kimi Pxenyana qarşı daha bir sanksiya paketi ilə bağlı qətnaməni səsverməyə çıxarıb, lakin Rusiya və Çin veto hüququndan istifadə edərək bunu əngəlləyib.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90