BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqeni əks etdirən bəyanat açıqlamaq niyyətində olub.
Bəyanatda hərbi əməliyyatların dərhal dayandırılması, baş verən proseslərə üçüncü ölkələrin hər hansı formada müdaxiləsinin yolverilməzliyi və “münaqişə zonasında terrorçuların mövcudluğu”ndan bəhs olunurdu.
Bəyanat, sanki Ermənistanı dəstəkləməyə yönəlmişdi.
Lakin BMT TŞ-nin daimi üzvü olan bir ölkənin vetosu bəyanatın qəbulunu mümkünsüz edib.
Həmin ölkə Böyük Britaniyadır.
Britaniyanın BMT TŞ-dəki daimi nümayəndəsi Deym Barbara Vudvord belə sənədin qeyri-obyektiv olduğunu, Azərbaycanın öz ərazisində sülhə məcburetmə əməliyyatları apardığını və ərazi bütövlüyünü bərpa etməyə çalışdığını bəyan edib.
Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan da “BMT TŞ-də Qarabağla bağlı vahid mövqenin formalaşmasına iştirakçı ölkələrdən biri mane olub” deyib: “Müzakirələrin formatı qapalı olduğundan həmin ölkənin adını çəkə bilmərəm”.
Təşəkkürlər, miss Vudvord!
Elçin Alıoğlu,