Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 124 $▼4.54%
  • Ethereum1 817 $▼5.75%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Tağı Əhmədovun hakim oğlu cəzalandırılacaq – Məhkəmə qərarı

image-8bab9a24653e7b96c87386166aa91799golj-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılması üçün xüsusi qərar çıxarılıb.
Busaat.az-ın Oxu.Az-ıa istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi sözügedən qərarı Məhkəmə-Hüquq Şurasına göndərib.
Səbəb olaraq Nizami rayonunda tikinti aparan “Kursus-Nizami” şirkətinin yerli sakinlərlə mübahisəsi əsas götürülüb.
Qeyd olunur ki, şirkət müvəqqəti təminat tədbiri tələb edərək, binalara girişin qadağan olunmasını, sakinlərin köçürülməsini, evlərin sökülməsini istəyib. R.Əhmədov da 15 oktyabr 2024-cü il tarixli qərarı ilə bu ərizəni təmin edib, evlərin qəzalı vəziyyətdə olduğunu qeyd edib. Məhkəmədə sakinlər yekun qərar verilənədək söküntünün qadağan olunmasını tələb ediblər.
R.Əhmədovun söküntü ilə bağlı qərarından sonra ziddiyyətli durum yaranıb. Belə ki, məhkəmə bir qərarla söküntünü qadağan etsə də, digər qərarla icazə verib. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi R.Əhmədovun cəzalandırılmasına qərar verib.
Xatırladaq ki, Rauf Əhmədov Bakı Metropoliteninin sabiq rəisi, mərhum Tağı Əhmədovun böyük oğludur. Qeyd edək ki, Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra oktyabrın 18-də vəfat edib.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=151398